Tramp Ukraynaya yardımı KƏSDİ – Rusiya daha hansı əraziləri ƏLƏ KEÇİRƏCƏK?

Hazırda oxunan: Tramp Ukraynaya yardımı KƏSDİ – Rusiya daha hansı əraziləri ƏLƏ KEÇİRƏCƏK?

231227

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putinlə onun üçün əlverişli olan istənilən vaxt görüşməyə hazır olduğunu deyən ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda Rusiya lideri ilə danışacağına ümid etdiyini bildirib. Bununla yanaşı, Tramp Kiyevə silah tədarükünün dayandırılması imkanlarının araşdırıldığını da təsdiqləyib.

Bu fonda Donald Tramp, prezidentliyinin ilk günündə bir neçə fərman imzalayıb. Onlardan biri də məhz ABŞ-ın xarici yardım proqramlarının 90 günlük dayandırılması ilə bağlıdır.

Bu günə qədər Ukrayna Qərbdən Rusiyaya qarşı müharibədə müəyyən dəstək göstərilib. Lakin Kiyev həmin ayrılan yardımların çoxunu ala bilməyib. Hansı ki, bu yardımlar olmadan Ukraynanın Rusiyanın gücü qarşısında tab gərirməsi ümumiyyətlə mümkünsüzdür. Belə bir vəziyyətdə Tramp Ukraynaya yardımlara 90 günlük moratorium qoyur. Bu isə onsuz da vəziyyəti yaxşı olmayan Ukraynanı daha da pis duruma sala bilər.

Deməli, mövcud durumda Ukrayna başqa ərazilərini də itirə bilər

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli bildirir ki, Trampın Ukraynaya yardımları dayandırmaq məqsədi əslində Kiyevə yardımları kəsməklə bağlı deyil:
 

MÖVZU İLƏ BAĞLI:

Tramp Ukraynaya yardımı DAYANDIRDI


“Bununla Tramp sadəcə olaraq, Rusiyaya mesaj verir ki, onun bu addımı xoş niyyət kimi dəyərləndirilsin.Tramp köməkçisinə tapşırıq verib ki, 100 gün ərzində münaqişənin həlli yolunda nəticələrə nail olsunlar. Deməli məsələyə bu gedişatın Amerikanın xoş niyyəti kimi oxunması və adekvat olaraq Rusiyadan da ona cavab gəlməsi kimi yanaşmaq lazımdır. Rusiyanın tutduğu əraziləri tərk edəcəyi yanaşmasının özünü doğruldacağına inanmıram. Bu həqiqəti əks etdirməz”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin