Trampdan TAPŞIRIQ: Ukrayna münaqişəsi 100 günə həll edilməlidir

Hazırda oxunan: Trampdan TAPŞIRIQ: Ukrayna münaqişəsi 100 günə həll edilməlidir

231197

ABŞ Prezidenti Donald Tramp Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqa müharibəyə 100 gün ərzində son qoymağı tapşırıb.

Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazıb.
 

Mənbə qeyd edir ki, ABŞ-ın yeni lideri Ukrayna üzrə danışıqlar prosesinin gedişinə şəxsən nəzarət etmək niyyətindədir.


Yanvarın 7-də Donald Tramp etiraf edib ki, Ukrayna münaqişəsinin həlli seçki kampaniyası zamanı elan etdiyi 24 saatdan çox çəkə bilər. Eyni zamanda, Kiyevə ABŞ silahlarının tədarükünün tam dayandırılması imkanını istisna etməyən Ağ Evin rəhbəri Rusiya prezidenti ilə görüşməyə hazır olduğunu bildirib.

O, həmçinin Ukrayna ilə bağlı razılığa gəlməyəcəyi təqdirdə Moskvanı daha sərt sanksiyalarla hədələyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin