Xəbər verdiyimiz kimi, Türkiyənin Bolu vilayətində Kartalkaya dağ-xizək kurortunda yerləşən hoteldə dəhşətli yanğın baş verib.
Bizim.Media xəbər verir ki, “Grand Kartal” otelində baş verən yanğın zamanı “Orduspor” klubunun sabiq prezidenti, “Sözcü” qəzetinin yazarı, jurnalist Nedim Türkmen və ailə üzvləri də həyatını itirib.
Ailəsi ilə birlikdə oteldə olan Nedim Türkmenin həyat yoldaşı Ayşe Neva, qızı Ala Dora və oğlu Yüce Ata dəhşətli yanğında həlak olublar.
Qeyd edək ki, Nedim Türkmen 2009-cu ildə keçirilən “Orduspor” klubunun prezidenti seçilmişdi.
Həmçinin şirkət qurucusu və iş adamı olan Türkmen vergi sahəsində yazıları ilə tanınırdı. Xatırladaq ki, dəhşətli yanğında 76 nəfər həyatını itirib, 51 nəfər isə yaralanıb. Türkiyənin Daxili işlər naziri Ali Yerlikaya yanğınla bağlı aparılan araşdırmalar nəticəsində 9 nəfərin saxlanıldığını açıqlayıb.
Bizim.Media