Fransa Əsədin həbsinə yeni order verdi

Hazırda oxunan: Fransa Əsədin həbsinə yeni order verdi

231175

Fransa məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsədin 2017-ci ildə mülki obyektlərin bombalanmasında şübhəli bilinərək həbsinə yeni order verib.

Bizim.Media xəbər verir ki, bu barədə AFP agentliyi yazıb.

Mənbə qeyd edir ki, bu addım Fransa Milli Antiterror Prokurorluğunun tələbi ilə atılıb.

Prokurorlar deyirlər ki, Əsəd artıq dövlət ittihamı ilə bağlı toxunulmazlığa malik deyil.

Sərəncamın verildiyi hadisə 59 yaşlı fransız əsilli suriyalı Salah Əbu Nabunun Dəraa əyalətindəki evinin Suriya hərbi helikopterləri tərəfindən atəşə tutulması nəticəsində həlak olması ilə bağlıdır.

Kimyəvi silahdan istifadə ittihamı ilə daha əvvəl Əsədin həbsinə order verilmişdi, lakin Fransa prokurorluğu həmin vaxt onun toxunulmazlığı səbəbindən buna etiraz etmişdi.

Fransanın Kassasiya Məhkəməsi prokurorun əvvəlki qərardan şikayətinə martın 26-da baxmağı planlaşdırır.

AFP-nin məlumatına görə, Bəşər Əsəd də daxil olmaqla, Suriyanın yüksək rütbəli rəsmiləri üçün indiyədək 14 həbs orderi verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin