Şoltsdan XƏBƏRDARLIQ: Tramp dünyanı gərginlikdə saxlayacaq

Hazırda oxunan: Şoltsdan XƏBƏRDARLIQ: Tramp dünyanı gərginlikdə saxlayacaq

231129

“Prezident Tramp və administrasiyası qarşıdakı illərdə dünyanı enerji və iqlim, ticarət, xarici və təhlükəsizlik siyasətində və bir çox başqa sahələrdə gərginlikdə saxlayacaq”.

Bizim.Media xəbər verir ki, bu fikri Almaniyanın Kansleri Olaf Şolts Davos Dünya İqtisadi Forumunda çıxışında deyib.

Prezident Donald Trampın “Öncə Amerika” bəyanatına toxunan Almaniya Kansleri bildirib ki, öz ölkəsinin mənafeyini nəzərə almaqda qəbahət yoxdur: “Biz hamımız bunu edirik. Amma iş burasındadır ki, başqaları ilə əməkdaşlıq və anlayış göstərmək adətən insanın həm də öz maraqlarına uyğundur. Mən bunu Almaniya üçün dəfələrlə demişəm: Almaniyanın ən böyük milli marağı Avropa İttifaqıdır”.

Olaf Şolts avropalıların daxildə güclü olmasının vacibliyini qeyd edib.

“Biz bir-birimizlə və bütün dünyadakı tərəfdaşlarımızla birlikdə olmalıyıq. Biz daha rəqabətqabiliyyətli və dayanıqlı olmalıyıq. Bunun üçün imkanımız da var. 450 milyondan çox avropalı icması olaraq bizim iqtisadi çəkimiz var. Təkcə 84 milyon əhalisi olan Almaniya dünyanın üçüncü ən böyük iqtisadiyyatıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin