Egey dənizinin Türkiyənin Çanaqqala vilayətinin Ayvacık rayonu sahillərinə yaxın bölgəsində 5,2 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli vaxtla saat 23:38-də, Ayvacık rayonundan 6,62 kilometr aralıqda qeydə alınıb. Yeraltı təkanlar Çanaqqala ilə yanaşı ətraf vilayətlərdə də hiss edilib. Mümkün fəsadlarla bağlı bölgədə araşdırma başlayıb.
Bizim.Media