“Meta” şirkəti rəsmi olaraq messencerlərdən transgender və LGBT-yə aid mövzuları silməyə başlayıb.
Bizim.Media xəbər verir ki, qərar “Meta”nın qurucusu Mark Zukerberqin rəhbərliyi ilə şirkət siyasətindəki dəyişikliklərdə əksini tapıb.
MÖVZU İLƏ BAĞLI:
Mark Zukerberqdən transgenderlərlə bağlı QADAĞA
Müvafiq qərar isə işçilərin çoxsaylı etirazlarına səbəb olub.
Belə ki, LGBTQ üzvlərini dəstəkləyən mövzular şirkətin nifrət nitqinə nəzarətin yumşaldılması və müxtəliflik təşəbbüslərinin azaldılmasını da əhatə edən yeni strategiyasının bir hissəsi kimi ləğv edilib.
Tənqidçilərin fikrincə, bu addımlar şirkətdə mühafizəkar fikirlərə üstünlük vermədiyinin bəzi problemlərə və fəsadlara yol açmasından sonra atılıb.
Qeyd edək ki, ötən gün ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp andiçmə mərasimində ölkə qanunvericiliyinin yalnız 2 cinsiyyəti - kişi və qadın dəstəklədiyi elan etmişdi.
Bizim.Media