Türkiyənin Bolu bölgəsinin Kartalkaya xizək mərkəzindəki hoteldə baş verən yanğınla əlaqədar olaraq ölkədə birgünlük matəm elan edilib.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasının yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
MÖVZU İLƏ BAĞLI:
Türkiyədə yanğında ölənlərin sayı 10-a çatdı: 32 yaralı var - VİDEO
Ərdoğan Türkiyədə yanğın nəticəsində ölənlərin yaxınlarına başsağlığı verib.
“Gün siyasət deyil, həmrəylik və birlik günüdür. Biz hər kəsdən, o cümlədən siyasətdən, mediadan, yerli idarəçilərdən vətəndaşlarımızın dərdinə hörmət gözləyirik”, - Türkiyə lideri bildirib.
Qeyd edək ki, Türkiyənin Sivas şəhərində "Yıldız dağı" qış idmanı və turizm mərkəzində yanğınla nəticələnən partlayış baş verib. Hadisə nəticəsində 66 nəfər ölüb, 51 nəfər yaralanıb.
Bizim.Media