Ötən gün inauqurasiyası keçirilən ABŞ-nin yeni Prezidenti Donald Trampla yanaşı xanımı Melania Tramp da geyim tərzinə görə gündəm olub.
Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Melanianın məşhur dizayner Erik Kavits tərəfindən hazırlanan qeyri-adi və gözoxşayan şlyapası xüsusi diqqət çəkib.
Məlum olub ki, 54 yaşlı yeni birinci xanım bu dəbli aksesuarla dərin simvolizm və gizli mesaj ötürüb. Bu barədə Erik Kavits özü danışıb.
Onun sözlərinə görə, Melanianın şlyapası şəxsiyyətinin yenidən dərk edilməsini simvolizə edir və mühafizəkar dəyərləri əks etdirir:
“Bu, müəyyən təmkinlilik dövrüdür, həqiqətən də daha mühafizəkar dəyərlərə doğru dönüş anıdır. Həmçinin o, protokol barədə düşünüb, çox eleqant və sadə görünüb...”
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:45 / 21.01.2025
Hamının gözü onda idi - Nə mesaj vermək istəyib? - FOTO
Hazırda oxunan: Hamının gözü onda idi - Nə mesaj vermək istəyib? - FOTO
Hazırda oxunan: Hamının gözü onda idi - Nə mesaj vermək istəyib? - FOTO
231086
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.