Tramp Ağ Evdəki reformlara mətbəxdən BAŞLADI – FOTO

Hazırda oxunan: Tramp Ağ Evdəki reformlara mətbəxdən BAŞLADI – FOTO

231050

ABŞ prezidenti Donald Trampın komandası federal qurumlarda genişmiqyaslı islahatlara başlayıb. O, sələfi Co Baydenin administrasiyası tərəfindən təyin olunan mindən çox əməkdaşı işdən azad edəcək.

Bizim.Media xəbər verir ki, bu barədəTramp sosial mediada yazıb.

O, xüsusilə dörd yüksək profilli şəxsin işdən çıxarıldığını elan edib: aşpaz Xose Andrés, ABŞ Prezidenti yanında İdman, Fitnes və Qidalanma Şurasının həmsədri, ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin keçmiş sədri general Mark Milli, Beynəlxalq Elmi Mərkəzin qəyyumlar şurasının üzvü Brayan Huk və Prezidentin İxrac Şurasının üzvü Keisha Lance Bottoms.

Mənbələrin Reuters-ə verdiyi məlumata görə, Tramp kampaniya zamanı geniş şəkildə bəhs etdiyi qondarma “dərin dövlət”lə mübarizə aparmaq üçün 50 minə yaxın federal işçini işdən çıxara və onları sadiq vəzifəli şəxslərlə əvəz edə bilər.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin