Rusiya Prezidenti Vladimir Putin Donald Trampı ABŞ Prezidenti vəzifəsinə başlaması münasibətilə təbrik edib.
Bizim.Media xəbər verir ki, bu barədə Putin özü Təhlükəsizlik Şurasının iclasında məlumat verib.
Putin qeyd edib ki, ABŞ və Rusiya arasında dialoq iki ölkənin mühüm rolu nəzərə alınaraq, bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında qurulmalıdır: “ Trampın üçüncü dünya müharibəsinin başlanmasına imkan verməmək üçün hər şeyi etməyə hazır olması barədə bəyanatını eşitdik. Sözsüz ki, biz bu mövqeni alqışlayırıq”.
Qeyd edək ki, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın bu gün inaqurasiya mərasimi keçiriləcək.
Xatırladaq ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp inaqurasiyadan bir neçə gün sonra köməkçilərinə Rusiya lideri Vladimir Putinlə telefon danışığı təşkil etməyi tapşırıb. Trampın milli təhlükəsizlik komandasının nümayəndələri bir neçə həftə əvvəl Putinlə telefon danışığına hazırlaşmağa başlayıblar.
Bizim.Media