İki general və polkovnik SAXLANILDI - FOTO

Hazırda oxunan: İki general və polkovnik SAXLANILDI - FOTO

230908

Ukrayna Dövlət Təhqiqatlar Bürosu Ukrayna Təhlükəsizlik Xidməti ilə əməkdaşlıq edərək 2024-cü ilin mayında rus qoşunlarının Xarkov vilayətinin ərazisinin bir hissəsini ələ keçirməsinə görə təqsirləndirilən yüksək rütbəli zabitləri saxlayıb.

Bizim.Media xəbər verir ki, “Ukrayinska Pravda”nın məlumatına görə, səhlənkarlığa görə iki general və bir polkovnik saxlanılıb.

Bunlar keçmiş komandirlərdən briqada generalı Yuri Qaluşkin, general-leytenant Artur Qorbenko və polkovnik İlya Lapindir.


Müstəntiqlərin fikrincə, zabitlərin hərəkətləri şəxsi heyətin və silahların itkisinə, habelə dövlət sərhədinin müdafiəsinin pozulmasına səbəb olub.

Saxlanılan şəxsləri 8 ilə qədər həbs cəzası gözləyir.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin