Tramp elə ilk gündə Baydenin bəzi qərarlarını ləğv edəcək

Hazırda oxunan: Tramp elə ilk gündə Baydenin bəzi qərarlarını ləğv edəcək

230870

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vəzifəyə başladığı ilk gün 100-ə yaxın sərəncam imzalamaq niyyətindədir.

Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, Tramp bu addımları ilə əvvəlki administrasiyanın bəzi qərarlarını ləğv etməyi planlaşdırır.

"Vəzifəyə gəldikdən sonra bir neçə saat ərzində onlarla fərman imzalayacağam, onların sayı yüzə yaxın olacaq," - deyə Tramp bildirib.

O qeyd edib ki, bu sənədlər əsasən Joe Biden administrasiyası dövründə görülən işləri ləğv etmək məqsədi daşıyacaq.

Xatırladaq ki, Donald Trampın andiçmə mərasimi bu gün keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin