ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp tezliklə Amerika tarixində ən böyük deportasiya əməliyyatına başlayacağına söz verib.
Bizim.Media xəbər verir ki, o, yanvarın 19-da Vaşinqtonda “Capital One Sports” Arenada tərəfdarlar üçün keçirilən mitinqdə bu barədə danışıb.
“Çox yaxın vaxtda biz Amerika tarixində ən böyük deportasiya əməliyyatına başlayacağıq. Bu əməliyyat indi rekorda sahib olan prezident Duayt Eyzenhauer dönəmindəki deportasiyadan da böyükdür", - deyə Tramp əlavə edib.
Xatırladaq ki, Donald Tramp seçki kampaniyası dövründə qanunsuz miqranlara qarşı sərt tədbirlər görüləcəyinin anonsunu vermişdi.
Bizim.Media