“TikTok” ABŞ-dakı fəaliyyətini bərpa edəcək

Hazırda oxunan: “TikTok” ABŞ-dakı fəaliyyətini bərpa edəcək

230795

“TikTok” rəhbərliyi ABŞ-da platformanın fəaliyyətini bərpa edir. Platforma ölkədə qadağan edilsə belə, tərəfdaş şirkətlər xidmətin fəaliyyətini dəstəklədiklərinə görə məsuliyyət daşımayacaqlar.

Bizim.Media xəbər verir ki, bu barədə platformanın mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.
 

“TikTok” provayderlər ilə razılaşmaya əsasən xidmətin bərpası ilə məşğuldur. Biz prezident Trampa 170 milyondan çox amerikalının “TikTok”a çıxışını təmin edən və 7 milyondan çox kiçik müəssisənin inkişafına imkan verən provayderlərimiz üçün lazımi aydınlıq və zəmanətlər verdiyinə görə təşəkkür edirik”, – bəyanatda deyilib.


Xidmət nümayəndələri əlavə ediblər ki, “TikTok”u ABŞ-da saxlayacaq uzunmüddətli həll yolu üçün prezident Trampla işləyəcəklər”.

Yanvarın 19-na keçən gecə xidmət ABŞ-da tamamilə dayandırılıb, “TikTok” “Apple”ın tətbiqlər mağazasından yoxa çıxıb. Bazar günü səhər Tramp bəyan edib ki, andiçmə mərasimi günü, yanvarın 20-də “TikTok”un ölkədə qadağan edilməsinin ertələnməsi haqqında fərman imzalayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin