Qrenlandiya ABŞ ilə müdafiə sazişini Danimarkanın iştirakı olmadan uzatmaq niyyətindədir.
Bizim.Media xəbər verir ki, bunu adanın hökumət koalisiya partiyasından olan deputatı Siumut Kuno Fenker deyib.
"Bizim Danimarka və ABŞ arasında müdafiə sazişimiz var. Biz bunu yalnız Qrenlandiya və ABŞ arasında müdafiə sazişi bağlamaqla yeniləmək istəyirik", - o, RİA Novosti-yə müsahibəsində deyib.
Fenker qeyd edib ki, ada Danimarka ilə ayrıca müqavilə bağlaya bilər. O, Avropa İttifaqı (Aİ) ilə də analoji razılaşmaların əldə olunmasının mümkünlüyünü bəyan edib.
Xatırladaq ki, dekabrın 22-də ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp ölkəsinin Qrenlandiyaya sahib olması və ona nəzarət etməsinin tamamilə zəruri olduğunu bəyan edib.
Bizim.Media