Fələstinin radikal HƏMAS hərəkatı İsrailə azad ediləcək girovların siyahısını təqdim etməyənə qədər Qəzza zolağında atəşkəs başlamayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə N12 telekanalı İsrailin baş naziri Benyamin Netanyahunun ofisinə istinadən məlumat yayıb.
Qeyd edək ki, atəşkəs Bakı vaxtı ilə saat 10:30-a planlaşdırılmışdı.
Bizim.Media