“Ölkənin keçmiş prezidenti İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğraması ilə bağlı heç bir fərziyyə sübut olunmayıb”.
Bizim.Media xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının İnformasiya Mərkəzinin bəyanatında bildirilib.
Məlumata görə, İbrahim Rəisinin və onu müşayiət edən hökumət rəsmilərinin həlak olmasının səbəbi ilə bağlı hər hansı şübhənin ortaya atılması qəbuledilməzdir.
“Məsuliyyətsiz şərhlər məlumatsızlıqdan və ya konkret məqsəd və qərəzdən irəli gəlir.
Helikopterin qəzaya uğramasına səbəb sırf bölgənin mürəkkəb hava və coğrafi şəraiti olub.
Fərziyyələrin heç biri, o cümlədən texniki nasazlıq, təxribat, sui-qəsd, partlayış, elektron müharibə və s. versiyalar sübuta yetirilməyib”, - deyə, İran SQ-nin Baş Qərargahı vurğulayıb.
Xatırladaq ki, ötən il mayın 19-da İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən 8 nəfər helikopter qəzası nəticəsində həlak olub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:52 / 18.01.2025
Rəisinin olduğu helikopter qəzasının əsl səbəbi AÇIQLANDI
Hazırda oxunan: Rəisinin olduğu helikopter qəzasının əsl səbəbi AÇIQLANDI
Hazırda oxunan: Rəisinin olduğu helikopter qəzasının əsl səbəbi AÇIQLANDI
230652
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.