“Tramp Ukrayna münaqişəsini mümkün qədər tez bitirmək istəyir” - Bolton

Hazırda oxunan: “Tramp Ukrayna münaqişəsini mümkün qədər tez bitirmək istəyir” - Bolton

230602

ABŞ lideri Donald Trampın ilk prezidentlik dövründə keçmiş müşaviri Con Bolton deyib ki, seçilmiş dövlət başçısı Ukraynadakı münaqişəyə ən qısa zamanda son qoymaq istəyir.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Yaponiyanın NHK telekanalına müsahibəsində deyib:

“Tramp vəzifəyə gəldikdən sonra münaqişəni mümkün qədər tez bitirmək istəyir və o, nizamlanmanın hansı formada olacağına əhəmiyyət vermir”.

Bolton əlavə edib ki, Trampın münaqişənin həlli formatına əhəmiyyət verməməsi Ukrayna üçün pis xəbərdir.

Polşanın keçmiş baş naziri Leşek Miller ABŞ-ın yeni seçilmiş prezidentinin Nobel mükafatı naminə sülhə nail olmaq istədiyini irəli sürüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin