Amerika Birləşmiş Ştatlarının seçilmiş prezidenti Donald Tramp və onun administrasiyası seçki kampaniyasında vəd olunduğu kimi, yanvarın 21-dən etibarən ölkədə yaşayan qanunsuz mühacirlərin kütləvi deportasiyası istiqamətində işlərə başlayacaq.
Bizim.Media xəbər verir ki, bu haqda "The Wall Street Journal" (WSJ) öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, mühacirlərə qarşı ilk irimiqyaslı reydlər çərşənbə axşamı İllinoys ştatının Çikaqo şəhərində başlayacaq və həftənin sonuna kimi davam edəcək.
Bildirilir ki, əməliyyata ABŞ-nin Miqrasiya və Gömrük Nəzarəti Xidmətinin 200-ə yaxın əməkdaşı səfərbər olunacaq. İlk olaraq kriminal keçmişi olan qanunsuz mühacirlərin hədəfə alınacağı bildirilir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:08 / 18.01.2025
Tramp miqrantların deportasiyasına başlayır
Hazırda oxunan: Tramp miqrantların deportasiyasına başlayır
Hazırda oxunan: Tramp miqrantların deportasiyasına başlayır
230576
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.