Hollivudun məşhur “Evdə tək” filminin çəkildiyi malikanə 5,5 milyon dollara satılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “TMZ” məlumat yayıb.
"Hər hansı potensial oğrulardan gizlənmək üçün mükəmməl yerdir" – nəşr yazıb.
Məlumata görə, İllinoys ştatının Vinnetka şəhərində yerləşən ev 2024-cü ilin mayında 5,25 milyon dollar qiymətinə satışa çıxarılmışdı. Malikanənin beş yataq otağı, altı vanna otağı, şəxsi kinoteatrı və qapalı idman meydançası var.
Əmlakın əvvəlki sahibləri onu 2012-ci ildə 1,585 milyon dollara alıblar.
Bizim.Media