ABŞ prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini yenidən təhqir edərək onu “pis adam” adlandırıb.
Bizim.Media xəbər verir ki, Bayden bu barədə “MSNBC” telekanalına müsahibəsində bildirib.
“Mən digər dünya liderləri kimi Putinlə çox vaxt keçirmişəm. Bu oğlan yaxşı oğlan deyil. O, kleptomandır, pis adamdır, diktatordur. Olduqca ağıllı olmasından başqa onun haqqında yaxşı heç nə yoxdur" – Bayden deyib.
Qeyd edək ki, Bayden dəfələrlə Putin haqqında təhqiramiz fikirlər səsləndirib. O, Putini “qatil”, “barbar”, “qəssab” adlandırıb.
Bizim.Media