Papa yıxılaraq XƏSARƏT ALIB

Hazırda oxunan: Papa yıxılaraq XƏSARƏT ALIB

230390

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk yıxılaraq qolundan zədə alıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, Papa Fransisk Santa Martadakı iqamətgahında yıxılıb və nəticədə sağ qolundan zədələnib. Onun qolu ehtiyat tədbiri olaraq hərəkətsizləşdirilib. 

Məlumatda 87 yaşlı Fransiskin gündəlik proqramını icra etdiyi və planlaşdırılmış müxtəlif görüşlər keçirdiyi qeyd olunub.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin