Xaricdən gətirilən TƏHLÜKƏ – GMO məhsulları ölkəmizə necə DAXİL OLUR?

Hazırda oxunan: Xaricdən gətirilən TƏHLÜKƏ – GMO məhsulları ölkəmizə necə DAXİL OLUR?

230312

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) GMO məhsullarına qarşı mübarizənin gücləndirildiyi barədə məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

AQTA GMO məhsullarla bağlı nəzarət tədbirlərini GÜCLƏNDİRDİ - FOTO


Məlumatda deyilir ki, İrandan Azərbaycana idxal olunan bəzi qida məhsullarının GMO olduğu aşkarlanıb. Aşkarlanan məhsullar arasında qarğıdalı çubuqları, kreker, hazır şorba, kurasan və digər qida növləri var.

Amma bəyan edilən faktlarla mütəxəssislər tam razılaşmır.

Onlar hesab edirlər ki, xaricdən gətirilən məhsulların bir çoxu GMO-dur.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov AQTA-nın ilk dəfə GMO məhsulları ilə bağlı addım atması müsbət haldır:

“Azərbaycanda GMO məhsullarının lobbiçiliyini aparan insanlar var. Yaxşı haldır ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü deyil. Çünki, ÜTT-in əsas tələblərindən biri də GMO məhsullarına yaşıl işıq yandırılmasıdır. Çox təəssüf ki, 2 il öncə “Qida təhlükəsizliyi haqqında” qanun qəbul olunan zaman onun 25-ci maddəsində quşların və heyvanların yemlənməsi üçün xaricdən GMO məhsulların gətirilməsinə yaşıl işıq yandırıldı.

Biz dəfələrlə xəbərdarlıq etmişik ki, bir çox ölkələrdən, o cümlədən Türkiyə və İrandan Azərbaycana GMO məhsulları gəlir. Bunu gizlətmək üçün çox zaman onun calax, peyvənd olduğunu deyirlər”.

Müsahibimiz qeyd edib ki, hansı bitkinin toxumu bar vermirsə, onlar GMO-dur:

“Məsələn, qarpızın toxumunun kiloqramı xaricdən 5 min manata alınır. Həmin qarpızlardan fermerlər toxum tuta bilmirlər. Ona görə də həmin məhsulu GMO hesab edirik. Baxmayaraq ki, GMO-ya qarşı mübarizə üçün ölkədə güclü qanunvericilik bazası var.

Azərbaycan Kartagen Protokolunu ratifikasiya edib, BMT-nin Biomüxtəlifliyin qorunmasına dair konvensiyasına qoşulub. Bununla belə ölkəmizə GMO məhsulları gətirilir. Ehtimallarımıza görə, İrandan gətirilən bir çox məhsullar, o cümlədən də kartoflar GMO-dur. Bunlar hamısı tədqiq olunmalıdır.

Problemin biri də odur ki, İrandan gələn məhsullar Azərbaycan dilində markalanmır. Ona görə də alıcılar aldıqları məhsul haqqında müfəssəl məlumat ala bilmirlər. Vacibdir ki, idxal olunan bütan məhsulların üzərində Azərbaycan dilində müfəssəl məlumat yerləşdirilsin”.

Surxay Atakişiyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin