Yanvarın 16-na keçən gecə Koreya Respublikasının Prezidenti Yun Sok Yol həbs müddətinin uzadılması ilə bağlı qərar gözləyən şübhəlilər üçün nəzərdə tutulan 10 metrlik kameraya salınıb.
Bizim.Media xəbər verir ki, bu barədə MBC telekanalı yazıb.
Mənbə qeyd edir ki, Yun Sok Yol yanvarın 15-də axşam saatlarında Seul təcridxanasına aparılıb və orada digər məhbuslardan ayrı saxlanılıb.
Prezidentin həbsi 48 saatlıq müddətə nəzərdə tutulub. Bundan sonra həbs müddətinin uzadılması üçün məhkəmədən yeni order alınmalıdır.
Qeyd edək ki, Koreya Respublikası tarixində dövlət başçısı postunu tutan şəxs ilk dəfədir həbs olunur. Lakin Konstitusiya Məhkəməsi impiçment işi üzrə qərar çıxanadək Yon Sok Yolun səlahiyyətləri dayandırılmış hesab edilir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:14 / 16.01.2025
Cənubi Koreya prezidenti 10 metrlik kameraya salındı
Hazırda oxunan: Cənubi Koreya prezidenti 10 metrlik kameraya salındı
Hazırda oxunan: Cənubi Koreya prezidenti 10 metrlik kameraya salındı
230276
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.