Rusiya İstintaq Komitəsi AZAL təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Qroznıda HHM sisteminin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı ekspertiza təyin edib.
Bizim.Media xəbər verir ki, bu barədə idarənin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı hesabat DƏRC EDİLƏCƏK
Bildirilib ki, faciə ilə bağlı bütün mümkün versiyalar üzərində işlər aparılır:
“Rusiya Federasiyasının İstintaq Komitəsi Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğraması səbəbləri ilə bağlı bütün mümkün versiyaları öyrənir”.
Onun sözlərinə görə, Qroznı, Mahaçqala və Mineralnıye Vodı hava limanlarının aviadispetçerləri arasında təyyarə komandiri ilə danışıqlar da təhlil edilir.
Bizim.Media