NATO-nun baş katibi Mark Rütte alyansı yaxın 4-5 il ərzində aradan qaldırılmalı olan təhdidlərin öhdəsindən gəlmək üçün müdafiə xərclərini artırmağa çağırıb.
Bizim.Media xəbər verir ki, Rütte bunu Brüsseldə açılan NATO Hərbi Komitəsinin Baş Qərargah rəisləri səviyyəsində keçirilən iclasında deyib.
MÖVZU İLƏ BAĞLI:
NATO Baltik dənizində hərbi mövcudluğunu GÜCLƏNDİRİR
"Müharibənin qarşısını almaq üçün biz buna hazırlaşmalıyıq. İndi düşüncəmizi müharibə dövrünə keçirməyin vaxtıdır və bu, müdafiə xərclərinin və müdafiə istehsalının artırılması hesabına müdafiəmizi daha da gücləndirmək deməkdir", - o deyib.
Bizim.Media