Türkiyə Suriya ərazisindəki bütün yaraqlıları məğlub etməyə qadirdir, digər dövlətlər isə Suriyadakı hadisələrdə iştirakdan imtina etməlidir.
Bizim.Media “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Xüsusilə Ərdoğan ölkələri Suriyadan “əllərini çəkməyə” çağırıb.
O əlavə edib ki, Türkiyənin ölkə ərazisindəki bütün yaraqlıları, o cümlədən kürd birləşmələrini və İslam Dövlətini (İŞİD) məğlub etmək üçün kifayət qədər potensialı var.
Türkiyə lideri həmçinin kürd yaraqlılarını Suriya üçün ən böyük təhlükə adlandırıb. Ərdoğan əlavə edib ki, qrup silahı yerə qoymaqdan imtina edərsə, qaçılmaz məhvlə üzləşəcəklər.
Bizim.Media