"Ankara əsrlər boyu qardaşlıq münasibətləri və 911 kilometrlik ortaq sərhədi ilə bağlı olduğu Suriyaya Qərb ölkələrinin baxdığı kimi baxa bilməz".
Bizim.Media xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Siz Türkiyə ilə Suriyanın, türklərin, kürdlərin və ərəblərin qardaşlığını məhv edə bilməyəcəksiniz. Şər qüvvələrin yaratdığı sosial vəziyyətlərdən istifadə etmək cəhdləri bizim birgə yaşamaq iradəmizi sarsıda bilməz. Nə etsəniz də, Suriya inqilabını söndürə bilməyəcəksiniz. Ölkəmiz daxilində isə xəyal etdiyiniz təxribatları həyata keçirə bilməyəcəksiniz", deyə o, qeyd edib.
Ərdoğanın sözlərinə görə, Türkiyənin qonşu Suriyanın işlərinə qarışması, xüsusilə humanitar səbəblər və hüquqi əsaslar nəzərə alınmaqla tamamilə haqlıdır və təbiidir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:10 / 15.01.2025
Ərdoğan: “Türkiyə ilə Suriyanın qardaşlığını məhv edə bilməyəcəksiniz"
Hazırda oxunan: Ərdoğan: “Türkiyə ilə Suriyanın qardaşlığını məhv edə bilməyəcəksiniz"
Hazırda oxunan: Ərdoğan: “Türkiyə ilə Suriyanın qardaşlığını məhv edə bilməyəcəksiniz"
230135
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.