Yaxın bir neçə saat ərzində İsraillə HƏMAS arasında atəşkəs razılaşması əldə olunacaq.
Bizim.Media xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu jurnalistlərə açıqlamasında deyib.
MÖVZU İLƏ BAĞLI:
Blinken: “Qəzzada atəşkəs həmişəkindən daha yaxındır”
"Atəşkəs razılaşmasını Qəzza zolağında məhbusların azad edilməsindən yalnız saatlar və ya günlər ayırır.
Bütün məhbusların təhlükəsiz qayıtması daimi atəşkəs üçün şərtdir. Biz hazırda HƏMAS-ın saziş layihəsinə cavabını gözləyirik", - deyə israilli bildirib.
Qeyd edək ki, ABŞ-nin dövlət katibi Antoni Blinken də vəzifəsini tərk etməzdən əvvəl Vaşinqton Atlantika Şurasında çıxışı zamanı bildirib ki, Qəzza zolağında atəşkəs razılaşmasının əvvəlkindən daha yaxındır.
Bizim.Media