Qırğızıstan xarici vətəndaşlar üçün ölkəyə giriş qaydalarını SADƏLƏŞDİRDİ

Hazırda oxunan: Qırğızıstan xarici vətəndaşlar üçün ölkəyə giriş qaydalarını SADƏLƏŞDİRDİ

230026

Qırğızıstan viza siyasətində dəyişikliklər edib.

Bizim.Media xəbər verir ki, bu barədə Qırğızıstan XİN-in mətbuat xidməti məlumat yayıb.
 

Ölkədə turist və biznes də daxil olmaqla, bir neçə kateqoriya üzrə viza sistemi ləğv edilib və sadələşdirilmiş “Sapar vizası” sistemini tətbiq edib. 


Yeni viza elektron viza portalı vasitəsilə 24 saat ərzində veriləcək və bir və ya çox girişlə ölkədə 90 günə qədər qalmağa imkan verəcək.Qaydalar Qırğızıstana şəxsi məqsədlərlə gələn turistlər, iş adamları və xarici vətəndaşlar üçün nəzərdə tutulub.

Dəyişikliklər 2025-ci il yanvarın 22-dən qüvvəyə minəcək. 

Qeyd olunur ki, “Sapar vizası”nın tətbiqi turist və investorların cəlb edilməsi, bürokratiyanın aradan qaldırılması və ölkənin iqtisadi artımının stimullaşdırılması məqsədi daşıyır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin