Gürcüstanın siyasi qarşıdurması ölkə hüdudlarından kənara çıxıb. Belə ki, Əbu-Dabidəki oteldə hakim “Gürcü Arzusu” partiyasının deputatları İrakli Zarkua və Viktor Sanikidzenin istirahət etdiyi restoranda insident baş verib. Eyni oteldə istirahət edən müxalif düşüncəli şəxs nalayiq ifadələrlə onları və Gürcüstan hökumətini təhqir edib. Nəticədə dava düşüb və bu barədə video sosial şəbəkələrdə yayılıb.
Bizim.Media xəbər verir ki, Tbilisi meri Kaxa Kaladze hadisəyə münasibət bildirib.
“Heç kimin ixtiyarı yoxdur ki, səhər yeməyi yeyən adama yaxınlaşıb onu təhqir etsin. Zorakılıq mənim üçün həmişə qəbuledilməz olub, bunu dəfələrlə demişəm". "Sputnik Georgia" onun dediklərindən sitat gətirib.
Onun sözlərinə görə, zorakılığa müvafiq cavab veriləcək.
Xatırladaq ki, noyabrın 28-də hakimiyyət Gürcüstanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasının 2028-ci ilə qədər gündəmdən çıxarıldığını elan etdikdən dərhal sonra Gürcüstanın iri şəhərlərində etiraz dalğası başlayıb. Etirazçılar ölkədə yeni parlament seçkilərinin keçirilməsini tələb edib və oktyabrın 26-da keçirilən səsvermənin nəticələrini tanımayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:06 / 14.01.2025
Gürcüstanın 2 deputatını Əbu-Dabidə təhqir etdilər: DAVA DÜŞDÜ - VİDEO
Hazırda oxunan: Gürcüstanın 2 deputatını Əbu-Dabidə təhqir etdilər: DAVA DÜŞDÜ - VİDEO
Hazırda oxunan: Gürcüstanın 2 deputatını Əbu-Dabidə təhqir etdilər: DAVA DÜŞDÜ - VİDEO
229924
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.