Çin TikTok-u İlon Maska satacaq?

Hazırda oxunan: Çin TikTok-u İlon Maska satacaq?

229916

Çin rəsmiləri TikTok-u amerikalı sahibkar İlon Maska satmağı düşünür.

Bizim.Media xəbər verir ki, bu barədə Bloomberg məlumatlı mənbələrə istinadən yazıb.

ABŞ Ali Məhkəməsi hazırda Çinin ByteDance şirkətindən TikTok-un ABŞ-da fəaliyyətini yanvarın 19-dək dayandırmasını tələb edən qanunun qüvvədə qalıb-qalmayacağına qərar verir.

Həmin tarixdən sonra internet provayderləri TikTok-un ABŞ-dakı fəaliyyətini dəstəklədiklərinə görə cərimələrə məruz qalacaqlar.

Pekin rəsmiləri TikTok-un ByteDance-in mülkiyyətində qalmasını istəyirlər. Şirkət buna məhkəmə çəkişmələri vasitəsilə nail olmağa çalışır. Lakin hakimlər yanvarın 10-da keçirilən arqumentlər zamanı qanunu dəstəkləyəcəklərinə işarə vurublar.

Mənbələrin bildirdiyinə görə, yüksək çinli məmurlar seçilmiş prezident Donald Tramp administrasiyası ilə necə işləmək barədə planlarını müzakirə etməyə başlayıblar.

Pekində müzakirə edilən ssenarilərdən biri budur ki, iş adamı TikTok-u X-in nəzarəti altına keçirəcək.

TikTok-un ABŞ-dakı auditoriyası 170 milyon nəfərdir və Bloomberg-in hesablamalarına görə, Amerika bölməsinin dəyəri 40-50 milyard dollara çata bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin