Azərbaycan haqq savaşına, işğal altında olan torpaqlarını azad etməyə başladıqdan sonra beynəlxalq təşkilatlar beynəlxalq hüquqa əsaslanaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini, Ermənistanın silahlı qüvvələrinin bu ərazilərdən çıxmalı olduğunu elan etdilər.
Lakin bəzi ölkələr ilk başlarda diplomatik və hüquqi savadsızlıq göstərərək bu hərbi əməliyyatlara qarşı çıxmağa cəhd göstərdilər.
Onlardan biri də Fransadır. Həmin Fransa ki, BMT Təhlükəsizlik Şurasının üzvü kimi işğal altında olan ərazilərin Azərbaycana qaytarılması haqda 4 qətnamə qəbul edib və bunun icrasından cavabdehdir.
Lakin Fransada bəzi dairələr və mətbuat Azərbaycana bu günədək əks mövqe nümayiş etdirib.
Bizim Media xəbər verir ki, bunlardan sonuncusu da Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevin müsahibələrinin dərc olunmaması ilə özünü biruzə verib.
Səfir “Frans Press Agentliyi”nin (AFP) aldığı müsahibəni dərc etməmək qərarını "utancverici" adlandırdı və Fransa mətbuatını Azərbaycana qarşı düşmən mövqeyində olmaqda günahlandırıb.
Agentlik isə öz qərəzli mövqeyinə belə aydınlıq gətirib:
"Müsahibənin məzmunu nəzərə alınaraq yayımlanmamasına qərar verildi".
Bizim Media
- A-
- A
- A+
Dünya
11:40 / 09.11.2020
“Frans Press” səfirimizin müsahibəsindən imtina etdi
Hazırda oxunan: “Frans Press” səfirimizin müsahibəsindən imtina etdi
Hazırda oxunan: “Frans Press” səfirimizin müsahibəsindən imtina etdi
2299
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.