Bayden: “Putin Kiyevi fəth edəcəyini düşünürdü, şəhərin mərkəzində isə o deyil, mən dayandım”

Hazırda oxunan: Bayden: “Putin Kiyevi fəth edəcəyini düşünürdü, şəhərin mərkəzində isə o deyil, mən dayandım”

229880

“Putin bir neçə günə Kiyevi fəth edəcəyini düşünürdü. Ancaq müharibə başlayandan sonra Kiyevin mərkəzində o deyil, mən dayandım”.

Bizim.Media xəbər verir ki, bunu ABŞ-nin hazırki prezidenti Co Bayden xarici siyasət irsi haqqında çıxışında deyib.

O qeyd edib ki, Putin indiyədək Ukraynanı özünə tabe edə bilməyib, NATO birliyini poza bilməyib və əhəmiyyətli ərazi qazancı əldə edə bilməyib:

“Putin işğala başlayanda mənim iki vəzifəm var idi: dünyanı Ukraynaya kömək etməyə təşviq etmək və nüvə gücləri arasında müharibədən qaçmaq üçün toplamaq. Bu gün mən Amerika xalqına deyə bilərəm ki, bizim düşmənlərimiz dörd il bundan əvvəl bu işi qəbul etdiyimiz vaxtdan daha zəifdir.

Putin Ukraynanı işğal edəndə düşünürdü ki, bir neçə günə Kiyevi fəth edəcək. Həqiqət budur ki, bu müharibə başlayandan Kiyevin mərkəzində o yox, mən dayanmışam. Rusiya son 4 ildə getdikcə zəifləyib, bunun günahkarı özləridir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin