“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova yazdığı iddia edilən saxta məktub siyasi sifarişdir”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi “Telegram” kanalında qeyd edilib.
Bildirilib ki, sözügedən saxta məktub “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı spekulyasiya etmək cəhdidir:
"İnternetdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova ingilis dilində yazılmış qondarma məktub yayılır. Bu məktubda deyilir ki, ölkəmiz Rusiyanın hava məkanından təhlükəsiz istifadəyə zəmanət verə bilməz. Bu kobud saxtakarlıqdır.
Bu, emosional reaksiyaya səbəb olmaq üçün nəzərdə tutulmuş primitiv saxtakarlığın nümunəsidir.
Saxta müəlliflər onu adi poçt domenindən və adi bir e-poçt ünvanından göndərərək, ona rəsmi atributlar verməkdən belə çəkinməyiblər. Aydındır ki, bu cür qərəzli dezinformasiyanın arxasında siyasi sifariş və dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-nin sərnişin təyyarəsinin qəzaya uğraması mövzusu ətrafında spekulyasiya etmək cəhdi dayanır”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:50 / 13.01.2025
Rusiya XİN: “Lavrovun azərbaycanlı həmkarına yazdığı iddia edilən saxta məktub siyasi sifarişdir”
Hazırda oxunan: Rusiya XİN: “Lavrovun azərbaycanlı həmkarına yazdığı iddia edilən saxta məktub siyasi sifarişdir”
Hazırda oxunan: Rusiya XİN: “Lavrovun azərbaycanlı həmkarına yazdığı iddia edilən saxta məktub siyasi sifarişdir”
229870
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.