Qrenlandiya niyə ABŞ-a birləşmək istəyir? – Danimarka müstəmləkəçiliyinin törətdiyi DƏHŞƏTLƏR

Hazırda oxunan: Qrenlandiya niyə ABŞ-a birləşmək istəyir? – Danimarka müstəmləkəçiliyinin törətdiyi DƏHŞƏTLƏR

229797

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Qrenlandiyanın mümkün satın alınması ilə bağlı açıqlamalarından sonra Danimarkanın müstəmləkəçilik siyasəti ilə bağlı acı hadisələr ada xalqı arasında yenidən gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə Bild nəşri yazıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Bizə uzaq, buza yaxın ölkələrin mübahisəsi və siyasi “karma”


Mənbə qeyd edir ki, “Ailə planlaması” proqramı çərçivəsində 1970-ci illərin sonuna qədər danimarkalı həkimlər qız və qadınların razılığı olmadan onların hüquqlarını pozaraq daxili orqanlarına aparat quraşdırıblar. 4500-ə yaxın zərif cinsin nümayəndəsi bu proqramın qurbanı olub. 

İctimai fəal Naya Libert o günləri belə xatırlayır:

“Heç kim bizdən buna razı olub-olmadığımızı soruşmadı. Hər ay dəhşətli ağrılar keçirirdim".

Daha bir faciəli hadisə 1951-ci ildə baş verib. Belə ki, o zaman Qrenlandiyadan olan 22 uşaq himayədar ailələrdə böyüdülmək üçün Danimarkaya göndərilib. “İstedadlı” damğası vurulan bu uşaqlar guya gələcək elita üçün hazırlanırmış. Lakin nəticə əksinə olub.

Ailələri, dili və mədəniyyəti ilə əlaqəni itirən həmin uşaqların çoxu sonradan depressiyadan, alkoqolizmdən və sosial təcriddən əziyyət çəkərək cəmiyyətdən kənarda qalıb. Yalnız 2022-ci ildə Danimarkanın baş naziri Mette Frederiksen bu siyasətə görə rəsmi olaraq üzr istəyib.

Xatırladaq ki, Qrenlandiyanın yerli əhalisinə zülm tarixi bundan çox əvvəl başlayıb. 1721-ci ildə missioner Hans Egede inuit xalqının yaddaşında "dərin iz" buraxaraq adanın aqressiv xristianlaşdırılmasına başlayıb. 

Bu gün Qrenlandiyanın paytaxtı Nuukdakı Egede abidəsi müstəmləkə ədalətsizliyinin simvolu kimi qəbul edilir və bəzi sakinlər onun sökülməsini istəyirlər.

Qeyd edək ki, Amerikanın “Patriot Polling” qeyri-hökumət təşkilatının yanvarın 6-11-də keçirdiyi sorğunun nəticələrinə əsasən, Qrenlandiya əhalisinin 57,3 faizi ABŞ-a birləşmək ideyasını dəstəkləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin