Almaniyalı kəşfiyyatçı Pakistanda ÖLÜ TAPILDI

Hazırda oxunan: Almaniyalı kəşfiyyatçı Pakistanda ÖLÜ TAPILDI

229778

Almaniyanın Pakistandakı səfirliyinin müşaviri İslamabaddakı mənzilində ölü tapılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Bild qəzeti yazıb.

Mənbə qeyd edib ki, Tomas B. əslində Almaniya Federal Kəşfiyyat Xidmətində (BND) çalışsa da, diplomat sayılırdı.

O, iki gün səfirliyə gəlmədikdən və zənglərə cavab vermədikdən sonra diplomatik missiyanın iki əməkdaşı yaşadığı ünvana göndərilib. Onlar mənzildə Tomasın meyitini tapıblar.

Bild vurğulayır ki, Tomas B.-nin ürək problemləri olub. O, 3,5 il İslamabadda səfirliyinin müşaviri vəzifəsində çalışıb.
 

"Təəssüf ki, biz həmkarımızın ölümünü təsdiqləməyə məcburuq", - Almaniya Xarici İşlər Nazirliyi nəşrə bildirib. Almaniya Federal Kəşfiyyat Xidməti isə mövzu ilə bağlı heç bir şərh verməyib. 


“Bild”in məlumatına görə, Tomas B. uzun müddət Almaniyanın kəşfiyyat xidmətində çalışıb və çox təcrübəli işçi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin