FTB-nin direktoru Trampa görə istefa verdi

Hazırda oxunan: FTB-nin direktoru Trampa görə istefa verdi

229741

Kristofer Rey ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru vəzifəsindən istefa verib. 

Bizim.Media xəbər verir ki. yerli telekanala müsahibəsində Rey çətin qərar verdiyini deyib.

Onun sözlərinə görə, yeni seçilmiş prezident Tramp FTB-nin işində dəyişiklik etməyi və onu işdən çıxarmağı planlaşdırır.
 

“FBT-dən ayrılmaq qərarım, sizə deməliyəm ki, indiyə qədər qəbul etməli olduğum ən çətin qərarlardan biri idi. Bununla belə, yeni seçilmiş prezident açıq şəkildə bildirib ki, dəyişiklik etmək niyyətindədir və qanunla bunu heç bir səbəb olmadan edə bilər”, - deyə direktor bildirib.


Müsahibədə o, həmçinin deyib ki, namizədlərlə bağlı Trampın qərarlarına təsir etmək niyyətində deyil.

Rey vəzifəsini tərk etdikdən sonra onun birbaşa müavini Pol Ebate FTB direktorunun səlahiyyətlərini icra edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin