2024-cü ildə Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynanın Rusiya ərazisindəki hədəflərə göndərdiyi 7,3 mindən çox PUA-sını (dron) məhv edib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyi yayıb.
Mənbə yazır ki, Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları ilə Rusiyanın 35 bölgəsinə hücum edib.
Eyni zamanda rəsmi Kiyev Rusiya regionlarına hücum etmək üçün kiçik ölçülü şarlardan, gəmi əleyhinə raketlərdən, müxtəlif MLRS mərmilərindən, xarici raketlərdən istifadə edib. Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, münaqişə başlayandan bəri Ukraynanın 40 mindən çox pilotsuz uçan aparatı məhv edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:02 / 13.01.2025
Ötən il Rusiya öz ərazisində Ukraynanın 7300-dən çox dronunu vurub
Hazırda oxunan: Ötən il Rusiya öz ərazisində Ukraynanın 7300-dən çox dronunu vurub
Hazırda oxunan: Ötən il Rusiya öz ərazisində Ukraynanın 7300-dən çox dronunu vurub
229737
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.