Rusiya 4 günlük iş həftəsinə KEÇİR

Hazırda oxunan: Rusiya 4 günlük iş həftəsinə KEÇİR

229735

Rusiyada dördgünlük iş həftəsinə keçid edilə bilər. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Əmək, Sosial Siyasət və Veteranlarla İş üzrə Komitəsinin rəhbəri Yaroslav Nilov “RİA Novosti”yə bildirib. 
 

“İnanıram ki, biz gələcəkdə mərhələli şəkildə dördgünlük iş həftəsinə keçəcəyik” – deputat deyib. 


Onun fikrincə, bu, bütün sahələr üçün mümkün olmayacaq, lakin texnoloji inkişafda irəliləyiş prosesi asanlaşdıra bilər. 

Nilov bu məsələdə ev şəraitində cərrahiyyə əməliyyatı edə bilməyən və ya xəstə qəbulunun sayını azalda bilməyən həkimləri istisna hal kimi qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin