Siyartodan Rusiyaya qarşı son sanksiyalarla bağlı XƏBƏRDARLIQ

Hazırda oxunan: Siyartodan Rusiyaya qarşı son sanksiyalarla bağlı XƏBƏRDARLIQ

229684

ABŞ-ın Rusiyaya qarşı son sanksiyaları Mərkəzi Avropa üçün ciddi enerji problemləri yaradır və yanacağın qiymətini artırır.

Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

Nazir bildirib ki, Macarıstan bunu tərəfdaşları ilə müzakirə edəcək. “Bu yeni sanksiyalar paketi Mərkəzi Avropa üçün ciddi çağırışdır, çünki sanksiyalar siyahısına Serbiyaya neft tədarükündə əsas rol oynayan şirkət də daxildir”, - deyə nazir vurğulayıb.
 

O qeyd edib ki, bu sanksiyalar neft və qaz tədarükünün azalmasına gətirib çıxarır və Mərkəzi Avropada yanacağın qiymətlərində ciddi artıma səbəb ola bilər. “Buna görə də, biz önümüzdəki günlərdə və həftələrdə enerji sanksiyalarının macar xalqını və Mərkəzi Avropa iqtisadiyyatını qorumaq üçün yanacaq qiymətlərinin artmasına təsirini minimuma endirmək üçün regional tərəfdaşlarımızla yaxından məsləhətləşəcəyik.


Biz bilirik ki, yanacağın qiymətinin artması ölkələrə mənfi təsir edir, insanların həyatını çətinləşdirir və xərclərini artırır, həm də ümumi iqtisadi göstəricilərə mənfi təsir göstərir. Biz bunun qarşısını almaq istəyirik”, - deyə nazir vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin