Rusiya ordusu Suriyada ÇƏTİN DURUMDA: Texnikalarını yandıracaq?

Hazırda oxunan: Rusiya ordusu Suriyada ÇƏTİN DURUMDA: Texnikalarını yandıracaq?

229666

Ukrayna Baş Kəşfiyyat İdarəsinin (BKİ) məlumatına görə, Suriyada yerləşən rus hərbi kontingenti ciddi çətinliklərlə üzləşib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı UNİAN agentliyi yayıb.

Qeyd edilib ki, döyüşə yararsız və təmirə ehtiyacı olan bütün hərbi texnikaların rus əsgərlərinə yandırılması əmr edilib. Bundan əlavə, Rusiya donanmasının Tartus limanına daxil olması üçün hələ də icazə verilmir.

Məlumata əsasən, 2025-ci il yanvarın 9-da Rusiya kontr-admiralı Vladimir Varfolomeyev limanda danışıqlar aparmağa cəhd göstərib, lakin onun danışıqlarda iştirakına icazə verilməyib.

Hazırda Rusiya Federasiyasına məxsus "Sparta" yük gəmisi və böyük desant gəmiləri – "İvan Qren" və "Aleksandr Otrakovskiy" Tartus limanının kənarında yerləşir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin