Rusiyalı diplomatlar ABŞ-a buraxılmadı

Hazırda oxunan: Rusiyalı diplomatlar ABŞ-a buraxılmadı

229626

Rusiya diplomatlarına sovet pilotlarının ölümünün 80-ci ildönümü ilə bağlı anım mərasimində iştirak etmək üçün ABŞ-ın Elizabet Siti şəhərinə getməyə icazə verilməyib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfirliyi öz Telegram kanalında məlumat yayıb.
 

Səfirlik xatırladıb ki, 1945-ci il yanvarın 11-də təyyarələrdən biri qəzaya uğrayaraq Paskotank çayına düşüb. Təyyarə qəzasının qurbanları dörd sovet pilotu və Britaniya Hərbi Hava Qüvvələrinin bir naviqatoru olub.


“2012-ci ilin dekabrında məxfiliyi ləğv edilmiş “Zebra” layihəsi nasist cəlladlarına qarşı çiyin-çiyinə döyüşən SSRİ və ABŞ-ın hərbi qardaşlığının simvollarından biridir”, - diplomatlar vurğulayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin