CNN-in araşdırması: Zülalda təhlükəli metallar var - FOTO

Hazırda oxunan: CNN-in araşdırması: Zülalda təhlükəli metallar var - FOTO

229617

CNN idman qidası ilə bağlı laboratoriya sınaqları keçirib və zülal tozlarının həddindən artıq miqdarda ağır metallar, yəni kadmium və qurğuşun olduğunu aşkar edib. Üstəlik, bu metalların ən böyük miqdarı bitki mənşəli məhsullarda və şokolad ətirli məhsullarda mövcuddur. Belə ki, şokoladlı idman əlavələrində vanil ətirli məhsullardan 4 dəfə çox qurğuşun və 110 dəfə çox kadmium var.

Bizim.Media xəbər verir ki, istənilən konsentrasiyada olan qurğuşun sağlamlıq üçün çox təhlükəlidir, kadmium isə insanın ürəyi, böyrəkləri, bağırsaqları, beyin, tənəffüs və reproduktiv sistemlərinin fəaliyyətinə mənfi təsir göstərən kanserogendir.

Layihənin icraçı direktoru Jaklin Bouen qeyd edib ki, orta hesabla, üzvi zülal tozlarında qeyri-üzvi olanlardan üç dəfə çox qurğuşun və iki dəfə çox kadmium var.

Mənbə onu da bildirib ki, noxud əsaslı protein tozları ən təhlükəsiz hesab olunur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin