Xorvatiyada prezident seçkilərinin ikinci turu başladı

Hazırda oxunan: Xorvatiyada prezident seçkilərinin ikinci turu başladı

229613

Xorvatiyada prezident seçkilərinin ikinci turu bazar günü, yanvarın 12-də başlayıb. Seçki məntəqələri yerli vaxtla saat 07:00-da açılıb və saat 19:00-a fəaliyyət göstərəcək.

Bizim.Media Xorvatiyanın “Veçernji list” qəzetinə istinadən xəbər verir ki, ilkin nəticələrin seçki məntəqələri bağlandıqdan bir saat sonra açıqlanacağı gözlənilir.
 

Xatırladaq ki, ölkədə 3 milyon 769 min 598 vətəndaşın səsvermə hüququ var. Seçkiləri 14620 müşahidəçi izləyəcək.


Qeyd edək ki, dekabrın 29-da seçkilərin birinci turu keçirilib. O zaman hazırkı prezident Zoran Milanoviç 49,2% səs toplayıb. Onun ən yaxın rəqibi Draqan Primorak isə seçicilərin 19,4%-i tərəfindən dəstəklənib. Bu iki siyasətçi ikinci tura keçib. Birinci turda cəmi səkkiz nəfər iştirak edib, qalan altı nəfər isə 10 faizdən çox səs toplamayıb.

Hazırkı prezident Zoran Milanoviç bu vəzifəni 2020-ci ildən tutur. 2016-cı ilə qədər Xorvatiya Sosial Demokrat Partiyasına rəhbərlik edib.

Draqan Primorak pediatr, məhkəmə eksperti, tibbi genetika üzrə mütəxəssis və Xorvatiyanın keçmiş elm, təhsil və idman naziridir. O, 2003-2009-cu illərdə nazir postunu tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin