Almatıda Qazaxıstan-Britaniya Universitetinin binası yanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi öz Telegram kanalında məlumat yayıb.
İdarədən vurğulanıb ki, ilkin məlumatlara görə, Tole Bi küçəsində yerləşən binanın 4-cü mərtəbəsindəki otaqlardan birinin tavanında yanğın baş verib.
Yanğının söndürülməsinə Respublika Fövqəladə Hallar Nazirliyinin 59 nəfər mütəxəssisi, Fövqəladə Hallar Departamentinin 16 ədəd texnikası, o cümlədən qaz və tüstüdən mühafizə xidmətinin dörd bölməsi cəlb olunub.
İdarə yanğının lokallaşdırıldığını da vurğulayıb.
Bizim.Media