İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi edəcək?

Hazırda oxunan: İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi edəcək?

229608

İsveçrə Rusiya Prezidenti Vladimir Putin və ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın xahişi ilə Ukrayna böhranının həllinə dair görüşə ev sahibliyi etməyə hazır olduğunu bəyan edib.

Bizim.Media xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin informasiya xidmətinin rəhbəri Nikolas Bidaultuya istinadən Le Temps qəzeti məlumat yayıb.

“Bürgenstokda keçirilən sammitdən sonra Ukrayna, Rusiya və ABŞ müntəzəm olaraq İsveçrənin sülhün bərqərar olması üçün istənilən diplomatik səyləri dəstəkləməyə hazır olduğunu bildilər,” – deyə nəşr Bidaultunun sözlərindən sitat gətirib.

Eyni zamanda, qəzetin məlumatına görə, İsveçrə hakimiyyəti bu məsələdə təşəbbüs göstərməyəcək və sadəcə iki lider arasında görüşə hazır olan ölkələrdən biri kimi çıxış edir.

Xatırladaq ki, yanvarın 10-da ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşün hazırlıqları barədə məlumat verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin