Rəsmi Moskva ABŞ-ni yerli enerji sektoruna tətbiq etdiyi sanksiyalar paketinə görə qınayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanata əsasən, məhdudiyyətlər ABŞ-nin hazırkı adminstrasiyasının düşmənçilik siyasətini əks etdirir:
“ABŞ-ın hazırkı administrasiyasının bütövlükdə yerli enerji sektoruna və bir sıra iri şirkətlərə qarşı yeni məhdudlaşdırıcı tədbirlər, o cümlədən onların rəhbərliyinə, habelə Rusiya Energetika Nazirliyinin rəsmilərinə qarşı şəxsi sanksiyalar tətbiq etmək qərarı, prezident Co Baydenin vəzifəsinin başa çatması ərəfəsində qlobal bazarların sabitliyini pozmaq riski bahasına olsa belə, Rusiya iqtisadiyyatına ən azı müəyyən zərər vurmaq cəhdini əks etdirir.
Təbii ki, Vaşinqtonun düşmənçilik hərəkətləri cavabsız qalmayacaq və xarici iqtisadi strategiyamız hazırlanarkən nəzərə alınacaq”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:40 / 11.01.2025
Rusiya ABŞ-yə XƏBƏRDARLIQ ETDİ
Hazırda oxunan: Rusiya ABŞ-yə XƏBƏRDARLIQ ETDİ
Hazırda oxunan: Rusiya ABŞ-yə XƏBƏRDARLIQ ETDİ
229575
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.