“Neuralink” Kompaniyası üçüncü pasiyentin beyninə çip yerləşdirib.
Bizim.Media xəbər verir ki, bu barədə X sosial şəbəkəsində yayımlanan Las-Veqasda keçirilən tədbir zamanı amerikalı sahibkar İlon Mask bildirib.
O, "artıq üç nəfərdə Neuralinks implantı var və onların hamısı yaxşı işləyir" deyə qeyd edib.
Mask əlavə edib ki, Neuralink 2025-ci ildə daha 20-30 nəfərə cip yerləşdirməyi planlaşdırır.
Mask ötən ilin avqustunda Neuralink çipinin implantasiya edilmiş ikinci xəstəsi haqqında da məlumat verib. Bildirib ki, subyektin beynində 400 elektrod fəaliyyət göstərir və hamısı da "əla" işləyir.
Bizim.Media